KoronaVirus İnformasiya Portalı
Arutyunyan döyüşçüləri ilə görün hara sığındı… – FOTObackend

Arutyunyan döyüşçüləri ilə görün hara sığındı… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma ölkənin separatçı-terrorçu lideri Araik Arutyunyan başının dəstəsi ilə bu gün cəbhənin cənub-şərq istiqamətinə gəlib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, burada o, döyüş vəziyyətini müzakirə edib.

Arutyunyanın “döyüş vəziyyətinin” müzakirəsinə həsr olunan yerdən yaydığı foto isə sosial şəbəkələrdə ciddi tənqid edilib. Belə ki, Arutyunyanın terrorçularla toplantını uşaq bağçasında keçirdiyi açıq-aydın görünür.

Qeyd edək ki, bu, Ermənistan ordusunun daimi olaraq tətbiq etdiyi metoddur. Belə ki, onlar ya mədəniyyət evini, ya məktəbi, ya da uşaq bağçasını hərbi dayaq məntəqəsi kimi seçirlər. Azərbaycan Ordusu həmin ərazini vurduqda isə şüvən salırlar ki, Azərbaycan mülki obyektləri atəşə tutur. Halbuki Azərbaycan yalnız kəşfiyyat məlumatları əsasında hərbi obyektlərə zərbə endirir.

Ona görə də uşaq bağçalarını, məktəbləri, mədəniyyət evlərini, yaşayış sahələrini hərbi qərargah kimi istifadə edən Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşımalıdır.