Arutyunyan Gerasimova da zəng etdi: Yenə Zəngəzur…backend

Arutyunyan Gerasimova da zəng etdi: Yenə Zəngəzur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan ilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Telefon danışığı zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı, Rusiya-Ermənistan qoşunlarının birgə fəaliyyəti, Sünikin təhlükəsizlik problemlərinin həlli müzakirə olunub.

Tərəflər, həmçinin Ermənistan ordusunun modernləşdirilməsi və genişmiqyaslı reformlar məsələsinə toxunublar.

Arutyunyanla Gerasimov Rusiyanın yüksəkvəzifəli nümayəndə heyətinin Ermənistana səfəri barədə razılaşıblar.

Qeyd edək ki, Arutyunyan dünən Rusiya müdafiə naziri Sergey Şoyqu ilə danışmışdı.