Arutyunyan həddini aşdı – Məqsədləri budurbackend

Arutyunyan həddini aşdı – Məqsədləri budur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Separatçılar təxribatçı təkliflərlə rusiyalı hərbçilərin Azərbaycan ərazilərində qalmaq müddətini uzatmağa çalışırlar”.

NOCOMMENT xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert separatçıların başçısının Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı “təklif”inə diqqət çəkib: “Erməni separatçılarının lideri Araik Arutyunyanın rusiyalı sülhməramlıların öz ailələrini Qarabağa köçürməsi təklifini səsləndirməsinin məqsədi bəllidir.

Birincisi, hərbçilərin ailələrinin bölgəyə köçürülməsi yeni evlərin tikilməsini şərtləndirəcək. Bu isə Rusiya hərbi kontingentini həmin ərazilərdə tikinti işlərini artırmağa sövq edəcək. Separatçılara da elə bu lazımdır.

İkincisi, hərbçilərin xidmət etdiyi yerlərdə ailələri də qalırsa, bu, onların həmin yerdə xidmətlərinin uzadılması deməkdir. Separatçıların məntiqinə görə, xidmətini bitirən rusiyalı hərbçilərin yerinə gələnlər də ailələri ilə bölgəyə köçməli olacaqlar.

Beləliklə, separatçılar bu təxribatçı təklifləri vasitəsilə rusiyalı hərbçilərin bölgədə qalma müddətini uzatmağa çalışırlar”.