Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırınbackend

Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin lideri Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

NOCOMMENT erməni KİV-inə istinadən məlumatına görə, bu barədə A.Arutyunyanın Rusiya prezidentinə ünvanladığı məktubda deyilir.

Separatçı lider məktubda V.Putini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb: “Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.