Arutyunyan: Rus qoşunları daim Qarabağda olmalıdırlarbackend

Arutyunyan: Rus qoşunları daim Qarabağda olmalıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı erməni separatçılarının başçısı Araik Arutyunyan yenidən “dirilib”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ağdərə rayonuna gələn Arutyunyan Rusiya sülhməramlıları barədə danışıb.

Separatçının sözlərinə görə, Rusiya hərbçiləri bölgəyə gəlməsəydilər, vəziyyət onlar üçün acınacaqlı ola bilərdi: “Bölgədə durum elədir ki, biz təkbaşına təhlükəsizlik və əmin-amanlığı təmin edə bilmərik. Rusiya qoşunlarının iştirakı müvəqqəti deyil, daimi olmalıdır. Rus qoşunları bölgəyə girməsəydi, taleyimiz başqa cür olardı”.

Arutyunyan yerli sakinlərlə görüşündə satqınlıq məsələsinə də toxunub: “Müharibənin gedişində də, ondan sonra da eşitdiyim satqınlıq ittihamları sərsəm sözlərdir. Heç bir satqınlıqdan və satqınlardan söhbət belə gedə bilməz, sadəcə biz dünya ilə məhdud imkanlar çərçivəsində vuruurduq. Ümid etməyin ki, bizi kimsə xilas edəcək, biz özümüz özümüz burada yaşamaqla xilas edirik…”