Arutyunyan: Yaltaqlıq, düşüklük həyat tərzimizdirbackend

Arutyunyan: Yaltaqlıq, düşüklük həyat tərzimizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə erməni hüquq müdafiəçisi Vardan Arutyunyanın 2006-cı ildə öz xalqı haqda işlətdiyi fikirlər paylaşılmaqdadır.

NOCOMMENT axar.az-a istinadən Vardan Arutyunyanın sözügedən fikirlərini təqdim edir:

– Biz keçmişdə qalmış xalqıq. 20-ci əsrin dəyərlərini mənimsəyib 21-ci əsrə keçə bilməmişik. Ən yaxşı halda biz 19-cu əsrdə qaldıq.

– Biz vətənpərvərlik nümayiş etdirərək Böyük Tiqranın yürüşlərinin xəritələrini divarlara asırıq və eyni xəritəyə əsaslanaraq “dənizdən dənizə” sərhədlərimizi elan edirik, özümüz uydurduqlarımıza inanıb mümkün qayıdış haqqında illüziyalar yaradırıq.

– Müharibədəki məğlubiyyətdən sonra kiçik və müvəqqəti qələbələrimizi döyüş meydanında tərənnüm etməyə başlayırıq. Müharibəni döyüşlərdən ayırd etmirik və müharibədəki son və dönməz qələbələrə layiq olan abidələr və məqbərələr ucaldırıq. Əsl qaliblərin və bütün qələbə sevincini dadanların gözü qarşısında təmtəraqla qələbəni qeyd edirik. Onların gözlərində gülünc olduğumuzu dərk etmirik və gələcək məğlubiyyətlərdən də sığortalanmamışıq.

– Biz “çoxəsrlik tariximizlə” fəxr edirik, lakin ən qədim şəhərimizin heç 200 illik tarixi yoxdur.

– Səslərimizi və seçmək hüququmuzu satırıq, sonra da bu axmaqların və təlxəklərin mövcuduğuna təəccüblənirik.

– Biz yaltaqlardan və ikiüzlülərdən iyrənirik. Riyakarlıq və yaltaqlıq isə bizim həyat tərzimizdir.

– Normal cəmiyyətdən qovulması lazım olan casus və xainləri qəbul edirik. Onlar bizim aramızda rahat yaşayır, bəzi hallarda isə bizi idarə edirlər.

– “Pis” qonşularımız bütün uğursuzluqlarımızın səbəbkarıdır. Yenə qonşular düşmən elan olunur, yenə xaricdən imdad diləyirik, yenə də dövlətimizə hörmət etmirik və onu idarə edən ləyaqətsiz ölkəyə qarşı dözümlülük göstəririk. Bizi növbəti məğlubiyyətlər də gözləyir.