Arutyunyanın bugünkü çıxışı: yanında ABŞ əsgəri nə gəzir? – VİDEObackend

Arutyunyanın bugünkü çıxışı: yanında ABŞ əsgəri nə gəzir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç gündür yoxa çıxan və heç bir paylaşım etməməklə Azərbaycan Ordusunun endirdiyi zərbə nəticəsində məhv edildiyi haqda ehtimalları gücləndirən “dqr”in separatçı-terrorçu rəhbəri Araik Arutyunyan bu gün üzə çıxıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bugünkü müraciətində o, “qəhrəmanlıqlar” göstərən bəzi şəxsləri mükafatlandırdığını elan edib.

Video isə bir neçə məqama görə diqqəti cəlb edir:

1. Arutyunyan bugünkü müraciətində bir dəfə də olsun, öldürülməsi barədə yayılan xəbərə reaksiya verməyib. Halbuki o, ən azı bu mövzuya toxunmalı idi. Bu isə sözügedən “təqdimat”ın heç də bu gün edilmədiyi təəssüratı yaradır.

2. Arutyunyanın yanında dayanan ABŞ ordusuna məxsus formada olan əsgərdir. O, kimdir və Qarabağ separatçılarının “məclisi”ndə ABŞ ordusunun uniformasının görünməsindən niyə narahat olmur?

Maraqlıdır ki, Arutyunyan yanındakı iki şəxsi təqdim etsə də, onun adını çəkmir.

Mövzunu davam etdirəcəyik…