Arutyunyanın sərhədimizə gəlmə səbəbi bəlli oldubackend

Arutyunyanın sərhədimizə gəlmə səbəbi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya sülhməramlı kontingentinin adları hələ də açıqlanmayan zabitləri ilə görüşüb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, görüş Sünikdə (Zəngəzur) baş tutub. Görüşdə əsas müzakirə mövzusu Qorus-Xankəndi yoluna nəzarət, eləcə də Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi proqramı ilə bağlı olub.

Qeyd edək ki, az öncə sərhəd delimitasiyası ilə bağlı V.Arutyunyanın Zəngəzura gəldiyi bildirilmişdi.