Arvada niyə görə pul ödəməlisən ki? Bunu alıb gətirmisən evə, arvad, ana eləmisənbackend

Arvada niyə görə pul ödəməlisən ki? Bunu alıb gətirmisən evə, arvad, ana eləmisən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Musanı tanıyıram, salamımız var, salamdan başqa hörmətimiz də var. Mən onun qadınlarla bağlı fikrini oxuyanda gülməkdən getdim. Bu qəbulolunmaz bir şeydir. Arvad evdə uşaqlarına, ərinə baxır və buna görə mən ona pul ödəməliyəm? Çox maraqlıdır ki, bizim Musa qardaşımız görəsən xanımına evdə gördüyü işlərə görə pul ödəyir?! Bu millət üçün doxsan faiz şeylər keçərlidir, amma elə şeylər var ki, keçmir axı, qadan alım. Özün eləmədiyin şeyi niyə başqalarına tövsiyə edirsən? Arvada niyə görə pul ödəməlisən ki? Bunu alıb gətirmisən evə, arvad, ana eləmisən, cəmiyyətə inteqrasiya etmisən. Kişinin bundan böyük hörməti nə ola bilər?”

NOCOMMENT.az xəbər verir ki, bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı bir neçə gündür ki, müzakirələrə səbəb olan bu təklifin mənasız olduğunu bildirib:

“Mən qəzetlərin birində hansısa bir xanımın müsahibəsini oxudum. O, Musa müəllimə tövsiyə edib ki, o məlum təklifindənsə, uşaqpuluyla, qadınların analıq məzuniyyətiylə bağlı iş görsün. Bu məqamda mən dostumuz Musanı yox, o, xanımın fikirlərini müdafiə edirəm. Bir dəfə başqa bir dostum müsahibə vermişdi və o da qəribə təklif etmişdi ki, bütün rayonlarda Fəxri Xiyabanlar açılsın. Bu nə qədər mənasız bir təklif idi. Özü də o, elmlər doktoru, tənqidçi, professor, dövlət mükafatı laureatı və Seyran Səxavətin də dostu idi. Onu da deyim ki, Azərbaycanda mükafata layiq olanların sayından çox mükafat təsis edirlər.

Biz qadınların ehtiyacını qarşılayırıq nə deməkdir? Adam dostunu, qardaşını qarşılayar. Biz qadınların ehtiyacını ödəyirik. Siz Allah bu sığallı danışmağınızı yığışdırın. Sən dur bu çətin dolanışıq vaxtı ailənin büdcəsindən arvada personalnı maliyyə ayır, bu çox absurddur. Görünür adamın bir az dincəlməyə ehtiyacı var, o qədər gərgin olurlar ki. Belə təkliflər həm də o gərginliyin nəticəsidir. Bu təklif çox mənasız bir şeydir.

Ümumiyyətlə, bu qadınlar bizdən nə istəyir, bərabər olub neyləyəcəklər?! Kişi olmasa, sən heç kimsən. Axı niyə siz könüllü şəkildə həriflənirsiniz. Çöldə iş, evdə iş, uşaqlara, ərə, evə gəlib-gedənlərə bax. Qurana and olsun gender bərabərliyi ilə biz qadınları hərifləmiş oluruq. Ona görə də küçədə, televiziyalarda, bazarda, toylarda, yaslarda nadir hallarda xanım-xatun qadına rast gəlirik. Onlar da elə bil kişiləşiblər.

Mən burda Musa qardaşıma onu deyə bilərəm ki, Allah sənə insaf versin, ya Musa! Allah səni güldürsün, ay sənin, Musa!”.
Moderator.az