Arvadına əsəbiləşib yüzlərlə adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLARbackend

Arvadına əsəbiləşib yüzlərlə adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Yevlax şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin yeni təfərrüatı məlum olub.

NOCOMMENT xəbər verir ki, oxu.az-a danışan hadisə şahidləri iddia ediblər ki, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olub.

Onların sözlərinə görə, daim sərxoş vəziyyətdə olan Murad Əliyevin həyat yoldaşı ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişələri baş tutub. Onun həyat yoldaşı bu hala artıq dözə bilmədiyindən evi tərk edib. Bundan daha da hiddətlənən Murad Əliyevin avqustun 9-da saat 18 radələrində yenə içkili vəziyyətdə evə gəldiyi və qəsdlə evi yandırdığı iddia edilib.

Bundan sonra yanğın bütün binaya yayılıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyiblər. Son məlumata görə, 300-dən çox sakin yanan binadan təxliyə edilib.