Arvadını bıçaqlayaraq öldürmək istəyən şəxs hökmdən narazıdırbackend

Arvadını bıçaqlayaraq öldürmək istəyən şəxs hökmdən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Zöhrab Həşimovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 15-nə təyin edilib.

Qeyd: Hadisə 2023-cü il yunun 2-də saat 9 radələrində Bərdə rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Z.Həşimov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Rəvanə Həşimovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Z.Həşimova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittihamedici hökm çıxarıb.