Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.
NOCOMMENT.az Apa-ya istinadən xəbər veirr ki, həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital” MMC-nin (Mərdəkan filialı) direktorudur.
***15:20
Bu gün paytaxtın Yasamal rayonunda güllələnmə olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi qeydə alınıb.
38 yaşlı Vasif Kərimov 39 yaşlı həyat yoldaşı Fərqanə Kərimovanı güllələyib.
Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb
Faktla bağlı araşdırma aparılır.