Arvadını və qayınatasını öldürmək istəyən şəxsin məhkəməsi başlayırbackend

Arvadını və qayınatasını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlı rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Əli Mirilinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Oruc Cəlilovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Əli Mirili aralarında yaranmış mübahisə zamanı arvadı, 2004-cü il təvəllüdlü Əminə Əmirovaya bıçaqla xəsarət yetirib və həmin vaxt mübahisəyə müdaxilə etmək istəyən qayınatası Kamal Əmirova da bıçaqla xəsarətlər yetirib.