Arxaya dönüb baxdım ki… – Yaralanan rejissor ilk dəfə danışdıbackend

Arxaya dönüb baxdım ki… – Yaralanan rejissor ilk dəfə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək yaralanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Emin Məmmədov ilk dəfə açıqlama verib.

NOCOMMENT.az Baku TV-yə istinadən həmin video müsahibəni təqdim edir.

Qeyd edək ki, ötən gün səhər saatlarında azərbaycanlı jurnalistləri daşıyan maşın Kəlbəcərin Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.