Arzu Əliyeva film təqdimatında – Videobackend

Arzu Əliyeva film təqdimatında – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən növbəti layihə olan “Tağıyev: Sona” filminin təqdimatına qatılıb.

NOCOMMENT.az Olay.az-a istinadən xəbər verir ki, Arzu Əliyeva səhnəyə çıxaraq komandanı və zaldakı qonaqları salamlayıb.

Qeyd edək ki, “Tağıyev: Sona” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “TAĞIYEV” filminin üçüncü bölümüdür.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı isə Etibar Əsədlidir.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi və Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.