Arzu Rəhimova yüksək vəzifə veriləcək? – Ekspertbackend

Arzu Rəhimova yüksək vəzifə veriləcək? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arzu Rəhimovun təqaüdə getməsi ilə bağlı məlumat yoxdur. O, general-polkovnikdir, 58 yaşı var və qanunvericiliyə görə, onun pensiyaya çıxmağı tezdir. Düşünmürəm ki, Arzu Rəhimovun təcrübəsindən istifadə olunmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun ötən gün vəzifədən azad edilməsi haqda deyib.

Ü.Cəfərov bildirib ki, Arzu Rəhimovun ciddi bir nöqsana yol verdiyi haqda informasiya mövcud deyil:

“Neqativ hallar bütün idarələrdə olur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də böyük qurumdur, hər rayonda yerli strukturları var və nöqsanlar, korrupsiya halları da olub, bu barədə Baş Prokurorluq da tədbirlər görüb. Ancaq bunun bütövlükdə Xidmətin işinə təsir etdiyini sanmıram”.

Hərbi ekspert A.Rəhimov haqda təxminən 10 il öncə sürücüsü ilə bağlı məsələ olduğunu xatırladıb:

“Bu da məhkəmə müstəvisində araşdırıldı və məsələyə nöqtə qoyuldu. Ədalət naminə demək lazımdır ki, onda A.Rəhimovun məsələ ilə bağlılığı haqda hansısa fakt və ya sübut ortaya çıxmadı. Əgər bu hadisədən illər sonra – 2021-ci ildə ölkə rəhbərliyi tərəfindən general-polkovnik, müavinləri isə general-leytenant rütbəsi alıbsa, demək, Xidmətlə bağlı hər hansı problem olmayıb”.

Ekspert ehtimalını da irəli sürüb:

“Mənim təxminlərimə görə, Arzu Rəhimovun yeni vəzifəyə təyinatı ilə bağlı yaxın vaxtlarda xəbər eşidə bilərik”.