Bakıda gecə saatlarında aparılan tikinti işləri vətəndaşları narahat edib.
Bu barədə NOCOMMENT.az-a sakinlər məlumat veriblər. Qeyd olunub ki, “AS Group” tikinti şirkəti Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində gecə saatlarında tikinti işləri həyata keçirir:
“Hər axşam saat 22:00-dan səhər saat 06:30 kimi qazıntı işləri aparılır. Səs-küydən və toz-torpaqdan ətrafda yaşayan insanlar yata bilmir. Bunlar nə öz işçilərinə mərhəmət göstərir, nədə orada yaşıyan sakinlərə”, – deyə əlavə edilib













