AŞ PA-nın komitə sədri Bərdədən danışdı: Fəlakətdir!backend

AŞ PA-nın komitə sədri Bərdədən danışdı: Fəlakətdir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Pyer Alan Fridez mülki bölgələrə raket zərbələrini dayandırmağa çağırıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, komitə sədri mülki bölgələrə raket zərbələrinin dayandırılmasının vacibliyini vurğulayıb.

“Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır. Azərbaycan şəhəri Bərdəyə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir”, – deyən Pyer Alan Fridez münaqişənin humanitar nəticələrindən dərin naratlığını bildirib.

O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını bildirib.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə 2015-2017-ci illərdə Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik etmişdi.