ASAN Xidmətin şöbə müdiri qəzaya düşdübackend

ASAN Xidmətin şöbə müdiri qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev qəza keçirib.

NOCOMMENT xəbər verir ki, bu barədə qurum rəsmisi öz sosial şəbəkə hesabında məlumat paylaşıb: “Əziz dostlar, tanışlar, xüsusən də media nümayəndələri! Artıq 3-cü gündür ki, zənglərinizə, mesajlarınıza cavab verə bilmirəm.

28 aprel tarixində ağır bir qəzadan yüngün xəsarətlərlə qurtuldum. Müalicə, sağlamlığıma qovuşmaq üçün hələ bir müddət lazım olacaq. Məni üzürlü saymağınızı xahiş edirəm.

Bu müddətdə suallarınızla bağlı dəyərli həmkarlarım Sona Tağıyeva və Mehdi Məmmədliyə müraciət edə bilərsiniz. Özünüzü qoruyun və hər zaman sağlam olun”.