Asılılıq yaratmır, amma öldürürbackend

Asılılıq yaratmır, amma öldürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkotik vasitələrin istifadəsinin asanlaşması, yay ayları və pandemiyanın xüsusi təsiri ilə narkotik vasitə istifadəçilərinin sayı artmaqda davam edir.

“Öncə yayılan təbii narkotik vasitələr həzzverici olub asılılıq yaratsa da, indi istifadəsi artan amfetamin nə həzz vermir, nə də asılılıq yaratmır, amma öldürür”

Bunu NOCOMMENT-ə açıqlamasında narkomaniya üzrə azad ekspert Emil Maqalov bildirib.

Onun sözlərinə görə, amfetamin kimi kimyəvi narkotik vasitələrinin heç bir müalicəsi yoxdur, bu vasitənin istifadəsini kəsmək yetərlidir. İstifadə edən və ya satan şəxslərlə qarşılaşdıqda həkimə və polisə müraciət etmək vacibdir.

Emil Maqalov həm də bildirib ki, ilk qurşanan şəxslərin sosial-mədəni statusu müxtəlif ola bilir; alim, idmançı, varlı, kasıb. Həmçinin qurşanma səbəbləri də müxtəlifdir. Asudə vaxtın doğru seçilməməsi, işsizlik, sosial problemlər buna səbəb ola bilər.

Əsas məsələlərdən biri də, risk qrupları arasında doğru anti-təbliğat tədbirlərinin təşkil olunmamasıdır.

Qeyd edək ki, polis narkotacirlərin yaxalanması prosesində yaxından iştirak edir.

Nərmin VÜQARQIZI