Asiya İnkişaf Bankı Pakistana 2 milyard dollar yardım edəcəkbackend

Asiya İnkişaf Bankı Pakistana 2 milyard dollar yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asiya İnkişaf Bankı (AİB) infrastrukturun inkişafı və iqlimə davamlı layihələri dəstəkləmək üçün növbəti üç il ərzində Pakistana illik 2 milyard dollar yardım edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Bank bildirilib ki, Pakistan iqlim dəyişikliyinin sərt reallıqları ilə üz-üzədir və bank bu təsirlərin yumşaldılmasına kömək etməyə sadiqdir. Vəsaitlər iqlimə davamlılıq və infrastrukturun yaxşılaşdırılması, ölkənin dağıdıcı təbii fəlakətlərdən sağalmasına dəstək üçün yönəldiləcək.

Qeyd edək ki, 2022-ci ildə ölkədə baş verən daşqınlar 1700 insanın ölümünə səbəb olub, 33 milyon insana təsir edib və iqtisadiyyatda təxminən 30 milyard dollar itkiyə səbəb olub.