Aslan İsmayılov: Xəstələrdən oğurlanan milyonlar bu qədər rüsvayçılığa dəyərdimi?!backend

Aslan İsmayılov: Xəstələrdən oğurlanan milyonlar bu qədər rüsvayçılığa dəyərdimi?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əlbəttə, istənilən oğurluq pisdir. Ancaq oğurluq da sortbasort olur. Var oğurluq, var cibgirlik və s. Bir də elə oğurluqlar olur ki, onlara heç bir ad qoymaq olmur. Ancaq bunu edənlərin insan olmalarına şübhə edirsən. Məsələn, sağlam birisinə əlillik vermək üçün həqiqi əlili sağlam kimi göstərirsən, yaxud ağır xəstəliyi olanların bir dərman almaqlarını mümkünsüz edirsən. Dərman məsələsini elə belə salmadım. 

Uzun illərdir ki, Ramiz Mehdiyev – Əli Həsənov kimiləri ilə üz-üzə qaldığımdan səhhətimdə ciddi problemlər yarandı və ağır dərmanlara ehtiyacım oldu. Ona görə də dərman bazarında baş verənlərdən az-çox xəbərim var”.

NOCOMMENT.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılovun sözlərinə görə, Türkiyədə istehsal olunan dərmanlar Azərbaycanda ən azı 3-5 dəfə, bəzən isə 10 dəfədən də çox baha olduğundan uzun illərdir ki, dərmanlarını Türkiyədən gətirdir:

“Mən hələ dərmanların tərkibindən, keyfiyyət fərqindən söz açmıram. Bu məsələ ilə xüsusi maraqlandım və əmin oldum ki, burada heç bir biznes problemi yoxdur, problem ancaq və ancaq bəzi insanların doymayan gözüdür. Bu gün Milli Məclisin deputatı Cavanşir Feyziyevlə bağlı yazını oxudum və bir daha əmin oldum ki, həyat çox ədalətlidir. Geç də olsa özünü göstərir. Həm də çox təəccübləndim ki, xəstələrdən oğurlanan milyonlar bu qədər rüsvayçılığa dəyərdimi?!”

demokrat.az