Aslan İsmayılovun vəkilliyi bərpa edildi, vəsiqə verildi – FOTObackend

Aslan İsmayılovun vəkilliyi bərpa edildi, vəsiqə verildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2013-cü ildən apardığım 9 illik mübarizədən sonra pozulmuş haqqımın bərpasına nail oldum. Dünən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin 8 aprel 2022-ci il tarixli Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməyimlə bağlı iclas protokolundan çıxarışı və vəkillik vəsiqəsini mənə təqdim etdi”.

NOCOMMENT xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında bildirib.

O xatırladıb ki, Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsənovun böhtanına əsasən Nərimanov rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə vəkillikdən xaric edilmişdi.

“17 mart 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan məhkəmələrinin haqqımda çıxarılmış bütün qərarlarını qanunsuz saydı. Təxminən 1 il yarımdan sonra, 8 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmə bütün məhkəmə qərarlarını ləğv etdi. 2 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi vəkillikdən xaric edilməyimlə bağlı məhkəmə qərarını ləğv etdi”.

A.İsmayılov deyib ki, gələcəkdə vəkillik strukturunda, yaxud başqa sahələrdə heç vaxt hansısa vəzifədə olmayacaq: “Bununla belə, bacardığım qədər vəkillik institutunun nüfuzun yüksəlməsində əlimdən gələni edəcəm. Əminəm ki, hüquqi dövlət, ədalətli məhkəmə birinci növbədə müstəqil və cəmiyyətdə nüfuzu olan vəkillikdən asılıdır. Onu da bilirəm ki, bu gün vəkillik institutunun nüfuzunun yüksək olmasında nə hüquq mühafizə orqanları, nə də məhkəmə hakimiyyəti maraqlı deyillər. Vəkillik institutunun nüfuzunun yüksəlməsi hüquq mühafizə orqanlarının vəzifələrindən sui-istifadə hallarının, rüşvətxorluğun qarşısında bir nömrəli səddir. Bununla belə, vəkillikdə gördüyüm nöqsanları da görməməzliyə vuran deyiləm”.