AŞPA erməni deputatların terrorçu-diversantlarla bağlı təklifini rədd etdibackend

AŞPA erməni deputatların terrorçu-diversantlarla bağlı təklifini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanın qurumdakı nümayəndə heyətinin atəşkəsdən sonra Dağlıq Qarabağa gələn və Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan terrorçu-diversantlarla bağlı irəli sürdüyü təklifi rədd edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, erməni deputatlar “erməni hərbi əsirlərin ölkəyə qaytarılmasının təxirə salınması” mövzusunun AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılmasını istəyiblər.

Onlar bunu “Avropa İnsan Hüquqları Standartlarının pozulması faktı” kimi qələmə veriblər. Ancaq AŞPA müzakirə təklifini qəbul etməyib.

Xatırladaq ki, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı irəli sürülən müzakirəsi təxirəsalınmaz dörd mövzudan yalnız ikisi səsvermə nəticəsində qəbul edilib. Onlardan biri 2021-ci ildə Alksey Navalnının həbsi və digəri internet nəhənglərinin söz azadlığına təhlükə mövzularıdır.