AŞPA-nın Azərbaycan üzrə yeni məruzəçisi təyin olunubbackend

AŞPA-nın Azərbaycan üzrə yeni məruzəçisi təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun komitə və siyasi partiyalarının iclasları keçirilir.

NOCOMMENT.az xəbər verir ki, AŞPA yay sessiyası çərçivəsində Monitorinq Komitəsinin iclasında qurumun prosedurlarına uyğun olaraq Azərbaycan üzrə məruzəçilərin dəyişdirilməsi məsələsi müzakirə olunub.

AŞPA-nın Konservatorlar Partiyasının sədri, britaniyalı parlamentari Yan Lidel Qreyncer (Ian LIDDELL-GRAINGER) Azərbaycan üzrə birinci məruzəçi təyin olunub. O, öz həmyerlisi və həmkarı Riçard Bekonu əvəzləyib. Monitorinq Komitəsinin sabahkı iclasında andiçmə mərasimi keçiriləcək.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınmış, avstraliyalı parlamentari Stefan Şenakın ikinci məruzəçi kimi müddəti artıq başa çatıb. Yay sessiyası çərçivəsində Monitorinq Komitəsinin növbəti iclasında Azərbaycan üzrə ikinci məruzəçinin də təyin olunacağı gözlənilir.

Xatırladaq ki, AŞPA prosedurlarına görə məruzəçilər 5 il müddətinə təyin olunurlar, ancaq COVID-19 pandemiyasına görə, bütün məruzəçilər kimi. Ş. Şenakında həməruzəçi kimi müddəti bir il artırıldı. Sonra o, yenidən müddətinin 6 ay uzadılmasını istədi.

Ümumilikdə, Ş. Şennak 6 il yarım AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi olub və daim qərəzli mövqeyini nümayiş etdirib.

Yan Lidel Qreyncer