Asqıran zaman bunu etməyinbackend

Asqıran zaman bunu etməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qulaq burun və boğaz xəstəlikləri mütəxəssisləri asqırdığımız zaman ağız və burunun tutulmasının fəsadlarını açıqlayıblar.

NOCOMMENT.az xəbər verir ki, asqırmaq sağlamlıq baxımından lazımlı bir refleks olduğuna görə onu saxlamaq qəti qadağandır. Asqırdığınız zaman ağciyərdəki ölü hava tənəffüs yolları vasitəsi ilə xaric olunur ki, bunun qarşısı alındıqda isə gözlənilməyən nəticələrlə qarşılaşa bilərsiniz.

Mütəxəssislərin sözlərinə görə asqırdığınız zaman ağız və burunu tutduqda yüksək təzyiqdən qulaq pərdəsi zədələnə bilər. Hətta yüksək təzyiqdən onurğada disk sürüşməsinin baş verməsi mümkündür. Güclü bir asqırığın qarşısı alındıqda isə qabırğaların qırılması, daxili orqanlarda zədə hətta özündən getmə halları da baş verə bilər. Həmçinin göz yaşı kanallarının, beyin damarlarının və ağciyərin zədələnməsi mümkündür.