Associated Press: Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olubbackend

Associated Press: Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Associated Press” agentliyi erməni işğalı nəticəsində Ağdam şəhərindəki dağıntılar barədə məqalə dərc edib.

NOCOMMENT-in trend-ə istinadən məlumatına görə, məqalədə qeyd olunur ki, şəhərin azad olunmasının sevinci azərbaycanlıların qarşılaşdığı dağıntıların üzüntüsü ilə əvəz olunur.

Məqalədə şəhərin əsas görməli yerlərindən olan Çörək muzeyi, eləcə də konyak zavodunun dağıdılması xüsusi qeyd olunub.

Uzun fasilədən sonra şəhəri ilk dəfə görən 63 yaşlı Ağdam sakini Arif Hacıyev bildirib ki, şəhərdəki evlərdən, mehmanxanalardan, inzaibati binalardan əsər-əlamət qalmayıb:

“Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ baş verib”.

61 yaşlı Nəsibə Zamanova isə bildirib ki, doğma evi minalandığı üçün oraya daxil olmayıb.

Müəllif vurğulayıb ki, Ağdam şəhərində işğala qədər 50 min nəfər yaşayıb. Evlərinin ağ damları ilə məşhur olmuş şəhər o qədər dağılıb ki, indi oranı “Qafqazın Hirosiması” adlandırırlar.