Astarada 16 yaşlı qız 30 yaşlı oğlana ərə verilir – FOTObackend

Astarada 16 yaşlı qız 30 yaşlı oğlana ərə verilir FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara rayonunda 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.
NOCOMMENT.az Unikal.org-a istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbukda yazıb. Onun sözlərinə görə, nişan bu gün saat 14:00-da Astara rayonunun Rüdəkənar kəndində baş tutacaq:
“Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan Astara rayonunun Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur.

Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, “vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.