Astarada meşə yanırbackend

Astarada meşə yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın başlayıb. 

Bununla bağlı NOCOMMENT-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.