03.01.2026-cı il tarixində saat 17:35 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 qadın, 3 kişi olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə NOCOMMENT.az-a TƏBİB-dən məlumat verilib
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Xəsarət alan şəxslərdən bir nəfər cərrahiyyə şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin ölüm faktı qeydə alınıb.
Digər xəsarət alan şəxslərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
***18:15
Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.
NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəasində Astara sakinləri 1996 təvəllüdlü Əfsanə Baxşıyeva, 1961 təvəllüdlü Səyarə Həsənova dünyasını dəyişib. Yaralılar isə müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
***18:05
Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.
NOCOMMENT.az xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.














