AstraZeneca-nın yaşlılara vurulmasının səbəbi açıqlandıbackend

AstraZeneca-nın yaşlılara vurulmasının səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB “AstraZeneca” peyvəndi üçün yaş həddinin niyə 60 yaş üzəri müəyyən edilməsinə aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanda 4 növ peyvənd tətbiq edilir. 3 peyvənd 18 yaş üzəri şəxslərə vurulur.

Lakin “AstraZeneca” peyvəndi məhdud sayda olduğuna görə, ilkin olaraq, yaşlı insanlara vurulur: “Strategiyada da vaksinasiya başlananda yaşlı və ya xroniki xəstəliyi şəxslərə prioritet verilib. Bu baxımdan, “AstraZeneca” peyvəndində də yaş məhdudiyyəti tətbiq edilir”.