AstraZeneca peyvəndinin adı dəyişdirilibbackend

AstraZeneca peyvəndinin adı dəyişdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə-İsveç şirkəti “AstraZeneca”nın COVİD-19 əleyhinə olan peyvəndinin adı martın 25-də dəyişdirilərək “Vaxzevria” adlandırılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Avropa Dərman Vasitələri Agentliyinin (EMA) saytında məlumat verilib.

İsveçin Tibbi Məhsullar Agentliyinin saytında qeyd olunur ki, ad dəyişikliyi özüylə başqa heç bir dəyişiklik gətirməyəcək, amma məhsul haqqında məlumat, onun etiketlənməsi və qablaşdırılması fərqli görünə bilər.