Astronomlar: Bu asteroid qısa müddətdə mini-Aya çevriləcəkbackend

Astronomlar: Bu asteroid qısa müddətdə mini-Aya çevriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerin qısa müddətə yeni peyki olacaq – planetə yaxınlaşan 2024 RT5 asteroidi bir müddət mini-Aya çevriləcək.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə RBC-yə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib.

Asteroid sentyabrın 29-dan noyabrın 25-dək Yer kürəsini müşayiət edəcək. Ekspert qeyd edib ki, bu hadisə unikal deyil, çünki bundan əvvəl Yer və Ay birgə cazibə qüvvəsindən istifadə edərək dəfələrlə oxşar kosmik süxurlardan xilas olublar.

“Söhbət ölçüsü təxminən 10 metr olan asteroiddən gedir. 10 metrlik daşın ölçüləri normaldır. Yeganə maraqlısı odur ki, qısa müddətli ələ keçirilir”, – Boqaçev bildirib.

Bundan əvvəl Filippin üzərindən diametri təxminən 1,5 metr olan 2024 RW1 asteroidi Yer atmosferinə daxil olub. Səma cismi atmosferdə yanıb və parlaq bir iz əmələ gətirib.