“Aşura mərasim”ləri – Azərbaycanda din pərdəsi altında hansı qüvvələr asayişi pozmağa cəhd edirbackend

“Aşura mərasim”ləri – Azərbaycanda din pərdəsi altında hansı qüvvələr asayişi pozmağa cəhd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi və ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Bu yürüş və aksiyaların arxasında kim dayanır və “fətva” haradan gəlir? Müstəqil və müasir Azərbaycanda din pərdəsi altında hansı qüvvələr asayişi pozmağa cəhd edir və bu “əzələ nümayişi” ilə hansı mesajı verməyə çalışırlar?

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara cari ilin avqust ayının 21-dən başlayan Məhərrəm ayı, o cümlədən “Aşura” günü ilə əlaqədar məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşaraq mərasimlərin keçirilməsi yolverilməz olduğu və bu məhdudiyyətlərin yalnız əhalinin sağlamlığını qorumaq məqsədi daşıdığı bildirilmişdir.

Buna baxmayaraq mövcud qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.

Ölkənin bir çox rayon və şəhərlərində “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar karantin şəraitində tətbiq olunan qadağalara baxmayaraq qanuna məhəl qoymayaraq küçələrdə yürüş keçirməyə cəhd edənlər saxlanılıblar.

Bu gün eyni zamanda ölkənin şimal rayonu olan Qubada “Aşura” mərasimi keçirmək istəyən Masallı və Lənkəran sakinləri saxlanılıb.

Bütün bunlara baxmayaraq dindarlar qadağalara əhəmiyyət verməyərək yürüşlər təşkil edərək, əzadarlıq məclislərinin təşkil edilməsini davam etdirməkdə israrlıdılar. 

Belə ki, avqustun 30-da Binəqədi rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilmiş, onlar ərazidə xidmət aparan Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölmələrinə gətirilmişlər. Onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunmuşdur.

Həmin gün eyni hadisəyə Xəzər və Nərimanov rayonlarında da rast gəlinmişdir. Rayonlar ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən olunduğundan onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə polis bölmələrinə gətirilmişlər.

Onlarla izahedici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 22 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib olunmuşdur.

Baş verənlər sanki dövlətə və mövcud qanunvericiliyə məhəl qoymamamaq, hüquq mühafizə orqanlarına meydan oxumaq və istəklərini həyata keçirməkdə israrlı olub, iradə nümayiş etdirərək güc nümayişinə daha çox bənzəyir. 

NOCOMMENT.az