Ata Abdullayev cəzasını harada çəkəcək?backend

Ata Abdullayev cəzasını harada çəkəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürülüb

NOCOMMENT xəbər verir ki, bu barədə onun vəkili Telman Abdıyev sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, müvəkkili cəzasını Bakı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkəcək.

Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.