Ata və iki oğlu belə xilas edildilər – Anbaan görüntülərbackend

Ata və iki oğlu belə xilas edildilər – Anbaan görüntülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda batma təhlükəsi ilə üzləşən ata və iki oğlu xilas olunub.

Bu barədə NOCOMMENT.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonunda “Qızılqum” çimərliyinin ərazisində 3 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1975-ci il təvəllüdlü Camalov Avtandil Yusif oğlu, 2004-cü il təvəllüdlü Camalov Tural Avtandil oğlu və 2006-cı il təvəllüdlü Camalov Vüsal Avtandil oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.