Atam anladı ki, bunu etmək səhv idi – Mişanın oğlubackend

Atam anladı ki, bunu etmək səhv idi – Mişanın oğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atam Gürcüstana gəlməyin səhv olduğunu anlayıb. Bunu ondan dəfələrlə eşitmişəm. O fikirləşir ki, bura gəlməməli idi.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin oğlu Eduard Saakaşvili deyib.

O qeyd edib ki, hazırda əsas məsələ atasının sağlamlığıdır:

“Bu gün atamın sağlamlıq vəziyyəti həqiqətən prioritetdir. Onun belə bir vəziyyətdə hər hansı siyasi fəaliyyətlə məşğul olmasını təsəvvür etmək çətindir, lakin uzunmüddətli perspektivdə onun Ukraynada, ya başqa bir yerdə olub-olmayacağını bilmirik. Düzünü desəm, bunun mənim üçün o qədər də əhəmiyyəti yoxdur və bu məsələ onun özünü də çox narahat etmir. Hazırda onun səhhəti siyasi planlar qurmaq vəziyyətində deyil, daha çox sağ qalmağa ehtiyac duyur. Atam başa düşür ki, bura gəlmək səhv addım olub”.

Sabiq prezidentin oğlu bildirib ki, sonuncu dəfə atasını iyul ayında görüb:

“Hazırkı vəziyyəti ilə 2 ay əvvəlki vəziyyəti arasında o qədər də fərq yoxdur, lakin çəkisində azalma müşahidə edilir”.

axar.az