Atası tərəfindən təcavüzə məruz qalan qız özünü öldürmək istədibackend

Atası tərəfindən təcavüzə məruz qalan qız özünü öldürmək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 18 yaşlı qız intihara cəhd edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib.

2004-cü il təvəllüdlü E.Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalıb və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.