Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs TUTULDUbackend

Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə NOCOMMENT.az-a Biləsuvar rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayon sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Oqtay Soltanovun həmin tarixdə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.