Atasının evini yandıran şəxs saxlanıldıbackend

Atasının evini yandıran şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün əvvəl Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən evdə yanğın törədən şəxs saxlanılıb.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.