Atasının maşınını qaçıran yeniyetmə qəza törətdi: Xəsarət alanlar varbackend

Atasının maşınını qaçıran yeniyetmə qəza törətdi: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunda minik maşını aşıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, qəza “Qobu Park” ərazisində qeydə alınıb.

Belə ki, 17 yaşlı Əkbər Xəlilov idarə etdiyi KIA markalı maşında sükana nəzarəti itirib nəticədə nəqliyyat vasitəsi dərədən aşıb. Onun atasına məxsus avtomobili qaçırdığı bildirilir.

Avtomobilin aşması nəticəsində sürücünün qonşuluğunda yaşayan şəxs, 16 yaşlı Məzahir Bayramov da sərnişin qismində nəqliyyat vasitəsində olub. Hər iki şəxs xəsarət alıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar hazırda araşdırma aparılır.