Atatürk “erməni soyqırımı” haqqındabackend

Atatürk “erməni soyqırımı” haqqında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni soyqırımı ilə bağlı deyilən sözlərin həqiqət olmadığına kimsə şübhə etməməlidir. Tam əksinə, ölkənin cənub bölgələrində xarici qüvvələr tərəfindən silahlanmış ermənilər himayədarlarının dəstəyi altında olduqları yerlərdə müsəlmanlara hücumlar edirdilər. Qisas düşüncəsi ilə hər yerdə amansızlıqla öldürmə və məhvetmə yolunu tuturdular.

Ferit Paşa Kabinetində daxili işlər naziri, dəyərli millətimizin müstəqilliyi və gələcəyini məhv etmək niyyəti güdən xainlərdən biri Cemal bəy ilk fəaliyyətinə millətin şərəfini və tarixini ləkələməklə başlayıb, İstanbulda türkcə yayınlanan qəzetlərdən yan keçərək Qalatadakı bir fransız qəzetinə xarici ictimai rəyə hesablanmış xaincə bir açıqlama verməklə Türkiyədə 800 min erməninin öldürüldüyünü bildirib, erməni davasını Parisdəki Bousturyar Paşadan daha qızğın bir şəkildə müdafiə edərək günahsız Türk millətinin nəcibliyinə çirkin bir böhtan ləkəsi vurub.

Yerevandan deportasiya və şərq əyalətlərinin dağıntıları və xarabalığı altında erməni zülmünün və xəyanətinin qurbanı olan yüz minlərlə müsəlman qardaşımızın skeletləri ortadaykən, Osmanlı Dövlətinin naziri və səlahiyyətlisi qismində bir Fransız qəzetinə hamısı qeydiyyata alınmış 800 min erməninin qətlə yetirilməsi açıqlamasını verən bu ağılsız və vicdansız nazir Parisdə Böyük Ermənistan qurmaq xəyalları ilə çalışanlara xidmət etdi və şübhəsiz ki, bu xidmət də mükafatsız qalmamışdır.

Maraşdakı o faciəli hadisə də bu səbəbdən baş verdi. Xarici qüvvələrlə birləşən ermənilər top və ağır pulemyotlarla Maraş kimi qədim bir müsəlman şəhərini yerlə bir etdilər. Minlərlə zəif və günahsız ana və uşağı əzib yox etdilər. Tarixdə görünməmiş bu yırtıcılığı həyata keçirən ermənilər idi. Müsəlmanlar yalnız namuslarını və həyatlarını qorumaq niyyəti ilə müqavimət göstərdilər və özlərini müdafiə etdilər.

Adana vilayətindəki müsəlmanlar təpədən dırnağa qədər silahlanmış ermənilərin süngü təzyiqi altında hər dəqiqə ölüm təhlükəsi ilə qarşı-qarşıya idilər. Canlarını və müstəqilliklərini qorumaqdan başqa bir şey istəməyən müsəlmanlara qarşı həyata keçirilən bu qırğın və məhvetmə siyasəti mədəni bəşəriyyətin diqqətini cəlb edəcək və mərhəmət hissləri oyadacaq bir gücdə ikən hadisələrin tam əksini iddia edib gerçəkliklərdən imtina edilməsini istəmək nə dərəcədə ədalətlidir?

ATATÜRK: “NUTUK” 1927 …

Modern.az