Atatürkə bənzəyən aktyor 2 saatda 1 milyon qazandı – FOTObackend

Atatürkə bənzəyən aktyor 2 saatda 1 milyon qazandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mustafa Kamal Atatürkə bənzərliyi ilə tanınan Serdar Görel canlı yayımda 1 milyonluq hədiyyə toplayıb.

NOCOMMENT.az bakupost.az-a istinadən  xəbər verir ki, Serdar Görel sosial mediada ən çox trend olan adlardan birinə çevrilib.Görel müntəzəm olaraq TikTok-da canlı yayımlar edir və bu yayımlarda istifadəçilərdən çoxlu hədiyyələr alır.Oktyabrın 29-da TikTok yayımında Serdar Görelin 2 saatda 1 milyon lirə hədiyyə topladığı iddia edilib.

Yayım zamanı efirə yazılan şərhlərlə yanaşı, hədiyyələr də gündəmdə olub.

Yayına “Atam, sənin üçün çox darıxdıq” kimi şərhlər yazılıb.

Aktyor olan Görel bir çox layihədə Qazi Mustafa Kamal Atatürkü canlandırıb.