Atəşkəs 46 dəfə pozuldu – Sərhəddə nə baş verir?backend

Atəşkəs 46 dəfə pozuldu – Sərhəddə nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələri aprelin 6 və 7-sində şərti sərhəddin Naxçıvan və Qazax rayonları istiqamətində, ötən gücə isə Laçın istiqamətində intensiv şəkildə atəşkəsi pozub. Bir çoxları rəsmi İrəvanın bu addımının sülh prosesinin gedişinə ciddi zərbə vuracağını düşünür. Ayın 5-də Brüsseldə baş tutan üçtərəfli görüşün fonunda Ermənistan tərəfinin belə bir təxribata əl atması bəzi qərb dairələrinin də bu işdə əlinin olması ehtimalını gücləndirir.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın təxribatlar zamanı qərbin silahlarından istifadə etməsi real görünmür:

“Hazırda Naxçıvan və Qazax istiqamətində Ermənistanın atəşkəsi pozmasında ABŞ və Avropadan verilən silahlardan istifadə olunduğunu düşünmürəm. Ümumiyyətlə Ermənistanın qərbdən silah tədarükü kifayət qədər zaman və maliyyə vəsaiti tələb edən prosedurlardır. Doğrudur, Hindistan, Fransa və İrandan Ermənistana silah ötürüldüyünün şahidi olmuşuq, lakin həmin silahların Azərbaycan mövqelərinə yaxınlaşdırılmasına dair hələlik konkret faktlar mövcud deyil”.

Ekspert atəşkəsin pozulmasının Fransa başda olmaqla, Qəzi qərb dairələrinin mənafeyinə uyğun olduğunu diqqətə çatdırıb:

“İstənilən halda, 2 gün ərzində 46 dəfə atəşkəsin pozulması məhz Brüssel görüşündən sonra Ermənistanın bir qədər cəsarətləndiyini əsas verir. Ermənistan öz maraqlarına uyğun olmayacaq bir şəkildə Qərbin, xüsusilə Fransanın sifarişi ilə Azərbaycana qarşı təxribatlar törətməsi, intensiv olaraq qoşunlarını Azərbaycan istiqamətinə gətirməsi və növbəti təxribatlara hazırlaşması təbii ki, Ermənistanın öz maraqlarına cavab vermir. İşğalçı ölkə Qazaxın kəndlərini işğaldan azad etmədiyi bir vaxtda həmin ərazilərdə atəşkəsi pozub Azərbaycan Ordusunun mövqelərinə atəş açırsa, bu Ermənistanın sağlam məntiqdən məhrum olduğunu göstərir. Bu addımlar Ermənistana yalnız ərazi, şəxsi heyyət, texnika və avadanlıq itkiləri nəsib edəcək”.