Atəşkəs davam edir – Qəzzada 7 oktyabrdan bəri bir ilkbackend

Atəşkəs davam edir – Qəzzada 7 oktyabrdan bəri bir ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Girov mübadiləsi dünən səhər saatlarında İsrail və Fələstin arasında müharibənin 50-ci günündə qüvvəyə minən 4 günlük atəşkəsdən sonra başlayıb. Yardım ləvazimatları Qəzzada humanitar böhran başlayandan 49 gün sonra ilk dəfə olaraq şimala gəlib.

NOCOMMENT xəbər verir ki, girov mübadiləsi dünən başlayıb. HƏMAS tərəfindən əsir götürülən 13 israilli və İsrail həbsxanalarında saxlanılan 39 fələstinli azad edilib. İsrail HƏMAS ilə Qəzza zolağından buraxılması planlaşdırılan ikinci qrup girovların adlarının siyahısını alıb.

Digər tərəfdən, İsrailin müdafiə naziri Yoav Gallant Qəzzadakı qarşıdurmalarda 4 günlük fasilədən sonra bütün güclərini işə salaraq müharibəni davam etdirəcəklərini bildirib.