Atəşkəs razılaşması Qərbi oyundankənar vəziyyətə saldı – Tomas de Vaalbackend

Atəşkəs razılaşması Qərbi oyundankənar vəziyyətə saldı – Tomas de Vaal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ermənistan və Azərbaycanla razılaşdırdığı atəşkəs razılaşması Dağlıq Qarabağda müharibəni dayandırdı və Qərb ölkələrini oyundankənar vəziyyətə saldı”. İndi avropalılar davamlı sülhə kömək etməyə çalışmalıdırlar”.

NOCOMMENT.az  xəbər verir ki, bunu Karnegi Fondunun aparıcı əməkdaşı, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal bildirib. Ekspert qeyd edib ki, atəşkəs bəyanatında yüzminlərlə azərbaycanlı köçkünün torpağına qayıtması nəzərdə tutulsa da, daha öncə nəhəng bərpa proqramı həyata keçirilməlidir.

“Bu, çox vacib atəşkəsdir, amma sülh razılaşması deyil. Ermənistan tərəfdə böyük məyusluq var…” –deyə, müəllif vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusunun artıq gündəmdə olmadığını deyib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə regionun beynəlxalq səviyyədə tanınmasına çağırıb.

Tomas de Vaal münaqişənin bir nəticəsinin aydın olduğunu bildirib: “Qərb ölkələri kənarda qaldılar və indi özlərini yada salmaq üçün çox işləməli olacaqlar. Müəllif 1990-cı illərdə Avropanın münaqişədə xeyli fəal iştirak etdiyini yada salır. Ancaq 2008-ci ildən Moskva əsas vasitəçi rolunu üzərinə götürüb”.
AzPolitika.info