Atəşkəsdən 24 saat keçməmiş İsrail ordusu…backend

Atəşkəsdən 24 saat keçməmiş İsrail ordusu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında İsrail və Fələstin arasında atəşkəs əldə edilib. Lakin atəşkəsdən 24 saat keçməmiş İsrail ordusu Qəzza zolağına raket zərbəsi endirib.

NOCOMMENT xəbər verir ki, İsrail və Fələstin qrupları arasında 5 gündür davam edən qarşıdurmanın gecə atəşkəslə sona çatmasından ən az 24 saat sonra axşam saatlarında Qəzza ətrafında hücum xəbərdarlığı sirenləri səslənib. İsrail ordusu Qəzzadan Əskələnin (Aşkelon) cənubuna atılan raketin açıq əraziyə doğru getməsi səbəbindən hava hücumundan müdafiə sisteminin atəş açmadığını açıqlayıb.
İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a aid olduğunu iddia etdiyi iki nöqtəni tank atəşi ilə vurub. Fələstin Səhiyyə Nazirliyi ölən və yaralananlar barədə məlumat verməyib.