ATƏT-dən Bakı və İrəvana çağırışbackend

ATƏT-dən Bakı və İrəvana çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT Bakı və İrəvanı güc tətbiq etməkdən çəkinməyə və dialoqa başlamağa çağırır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski deyib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə və problemin həlli üçün dialoqa başlamağa çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir”, – deyə Kempinski bildirib.