ATƏT-dən media işçilərinin faciəvi ölümü ilə bağlı BƏYANATbackend

ATƏT-dən media işçilərinin faciəvi ölümü ilə bağlı BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in KİV-lərin azadlığı məsələləri üzrə nümayəndəsi Tereza Ribeyro Kəlbəcərdə azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.

NOCOMMENT.az -ın məlumatına görə, bu barədə onun bəyanatında deyilir.

T.Ribeyro bildirib: “Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölümü dəhşətli xəbərdir. Mən onların yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.