ATƏT rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblərbackend

ATƏT rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyi ATƏT-in fəaliyyətdə olan sədri və üzv ölkələrin XİN başçıları müzakirə ediblər.

NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı ATƏT-in saytı yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, İsveçin xarici işlər naziri Ann Linde, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə yanaşı ATƏT-in Baş katibi Helqa Mariya Şmid də iştirak edib.

Məlumata görə, diplomatlar ATƏT-in bu istiqamətdə daha fəal iştirakının vacibliyindən danışıblar. Onlar Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etməsinin aktual olduğunu qeyd edərək bu istiqamətdə ATƏT-in regiondakı təcrübəsini xatırladıblar.

Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 77-ci sessisyası çərçivəsində baş tutub.